- 5 İyun 23:03
Türkiyənin Trabzon şəhərində dünən yağan güclü yağış Akçaabat rayonunda selə səbəb olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 72 yaşlı Hüseyn Aydın adlı şəxs seldə itkin düşüb.
Həmin şəxsin axtarışları davam edir.
Dalğıcların iştirak etdiyi Sera gölündəki axtarışlara pilotsuz təyyarə dəstək göstərir.
Digər tərəfdən, Ortahisar rayonunda seldən sonra əmələ gələn palçıq və dağıntıların təmizlənməsi işləri də davam edir.
Şəbnəm Mehdizadə