- 5 İyun 23:03
Fransanın Rhone əyalətində Villeurbanne şəhərində məscidə girərək Quranı yandıran şəxs yaxalanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şübhəli şəxs Lion şəhəri yaxınlığında nəzarətə götürülüb.
Lion Prokurorluğu şübhəlinin "psixoloji cəhətdən kövrək" vəziyyətdə olduğunu bildirib.
İyunun 2-də Vilrurbanndakı Errahma məscidində baş verən hadisədə bir nəfər səhər namazına 20 dəqiqə qalmış məscidə girərək Quranı yandırıb.
Həmin şəxs yandırılmış Quran qalıqlarını məscidin qapısına qoyub və hadisə yerindən qaçıb.
Şəbnəm Mehdizadə