Hindistanda güclü yağışlar nəticəsində ölənlərin sayı 44-ə çatıb


  • 4 İyun 15:34

Hindistanın şimal-şərq əyalətlərində leysan yağışların səbəb olduğu fəlakətlərdə həyatını itirənlərin sayı 44 nəfərə çatıb.

E-huquq.az Hindistanın NDTV kanalına istinadən xəbər verir ki, musson mövsümü ilə başlayan güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar ölkədə ciddi fəsadlar törədib.

Ölkənin şimal-şərqindəki Assam, Arunaçal Pradeş, Meqalaya, Manipur, Tripura, Naqaland və Mizoram əyalətlərində güclü yağışların yaratdığı fəlakətlərdə həyatını itirənlərin sayı 44 nəfərə çatıb.

Güclü yağışlar 1500-dən çox kəndə təsir edib və 14 739 hektardan çox kənd təsərrüfatı sahəsinə ziyan dəyib.

Hindistan Meteorologiya İdarəsi (IMD) bölgədə leysan yağışların yaxın günlərdə də davam edəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, hər ilin iyun-sentyabr aylarında davam edən musson yağışları ölkədə insan tələfatı və maddi ziyana səbəb olur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər