Məzmuna keç

Yaşayış binasında güclü yanğın: 10 nəfər tüstüdən zəhərləndi

Türkiyənin Çanaqqala şəhərində yaşayış binasında yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın nəticəsində tüstüdən zəhərlənən 10 nəfər xəstəxanaya aparılıb.

Yanğın yanğınsöndürmə qruplarının müdaxiləsi ilə nəzarətə götürülərək söndürülüb.

Yanğının səbəbi ilə bağlı araşdırma başladılıb.

Şəbnəm Mehdizadə