İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 54 607 nəfərə çatıb


  • 4 İyun 17:30

İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda xəstaxanalara 97 ölü, 440 yaralı gətirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 4 335 fələstinli həyatını itirib, 13 300 fələstinli isə yaralanıb.

Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 54 607-yə, yaralıların sayı isə 125 341 - ya çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər