İtaliyada universitetdə yanğın olub


  • 4 İyun 17:28

Bu gün səhər saatlarında İtaliyanın Viterbo şəhərində yerləşən Tuscia Universitetində yanğın hadisəsi qeydə alınıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, alov paytaxt Roma şəhərindən təxminən 80 kilometr şimalda yerləşən Viterbo şəhərindəki Tuscia Universitetinin Kənd Təsərrüfatı Fakültəsində, yerli vaxtla saat 10:00 radələrində başlayıb. Yanğın qısa zamanda binanın dam hissəsini əhatə edib.

Hadisə yerinə Viterbo və Roma şəhərlərindən yanğınsöndürmə briqadaları cəlb olunub.

Universitetin yerləşdiyi ərazi və ətraf binalar təhlükəsizlik məqsədilə boşaldılıb, insanlar təxliyə edilib.

Viterbo Bələdiyyəsi sakinlərə güclü tüstü səbəbindən evlərinin pəncərələrini bağlı saxlamağı tövsiyə edib.

Universitet rəhbərliyi yanğın səbəbilə bu gün və sabah dərs və imtahanların təxirə salındığını açıqlayıb.

İlkin məlumatlara görə, yanğının təmir işləri aparılan C korpusunda baş verdiyi ehtimal olunur.

Hadisə nəticəsində ölən və ya xəsarət alanların olmadığı bildirilsə də, bəzi şəxslərin tüstüdən zərər çəkdiyi qeyd olunub.

Yayılan xəbərlərdə bir işçinin itkin düşdüyü bildirilsə də, daha sonra həmin şəxsin sağ-salamat tapıldığı dəqiqləşdirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər