Kreml Putin-Tramp danışığının detallarını açıqladı


  • 4 İyun 23:40

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında dördüncü telefon danışığı 1 saat 10 dəqiqə davam edib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin və Tramp telefon danışığına Ukrayna ətrafındakı vəziyyəti müzakirə etməklə başlayıblar.

"Putin İstanbulda keçirilən danışıqların nəticələrindən ətraflı danışaraq, onları faydalı adlandırıb, Trampa Kiyevin Rusiya-Ukrayna danışıqlarını pozmaq cəhdləri barədə danışıb.
Rusiya Prezidenti danışıqlar zamanı Kiyevin mülki hədəflərə istiqamətlənmiş hücumlarından danışıb. Tramp Putinə təsdiqləyib ki, ABŞ Kiyevin Rusiya aerodromlarına zərbələr endirmək planlarından xəbərsiz olub. Tərəflər Rusiya və Ukrayna arasında memorandum layihəsinin mətnlərini müzakirə etməyiblər", - deyə Uşakov vurğulayıb.

Onun sözlərinə görə, Putin və Tramp ölkələr arasında böyük potensiala malik əməkdaşlığın bərpası perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Prezidentlər fikir mübadiləsini müsbət və məhsuldar adlandırıblar.

Kreml rəsmisi əlavə edib ki, liderlər Ukrayna üzrə ən yüksək səviyyədə və digər kanallar vasitəsilə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Oxşar xəbərlər