Egey dənizində 4,6 bal gücündə zəlzələ oldu


  • 5 İyun 11:20

Egey dənizində, Çanaqqalanın Gökçeada rayonu sahillərində 4,6 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 08:18-də qeydə alınıb.

Zəlzələ təxminən 12,61 kilometr dərinlikdə baş verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər