- 18:25
Türkiyənin Kocaeli şəhərində fabrikdə yanğın hadisəsi qeydə alınıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kocaelinin Çayırova rayonunda yerləşən fabrikdə naməlum səbəbdən yanğın baş verib.
Hadisə yerinə çoxlu sayda xilasetmə, tibb və polis qrupları cəlb edilib.
Fabrikin yerləşdiyi ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Yanğınsöndürənlər yanğını söndürməyə davam edir.
Şəbnəm Mehdizadə