- 22:15
Türkiyənin Sivas şəhərində Krım-Konqo qızdırmasına yoluxan şəxs ölüb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Sivasın Koyulhisar rayonunun Karaçam kəndində yaşayan 80 yaşlı Mahmut Ağcabala 10 gün əvvəl gənə yapışıb.
Bir müddət sonra xəstələnən Ağcabal yaxınları tərəfindən Koyulhisar Dövlət Xəstəxanasına aparılıb.
Vəziyyəti pisləşən Ağcabal daha sonra Sivas Cümhuriyyət Universiteti Sağlamlıq Xidmətləri Tətbiq və Araşdırma Xəstəxanasına yerləşdirilib.
Bütün müdaxilələrə baxmayaraq onun xilas etmək mümkün olmayıb.
Şəbnəm Mehdizadə