- 09:23
Son bir həftə ərzində Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 112 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Saxlanılan şəxslərdən birinin terror təşkilatının üzvü olduğu müəyyən edilib.
Qeyd olunub ki, cari il ərzində 36003 nəfərin sərhədi qanunsuz keçməsinin qarşısı alınıb.
Şəbnəm Mehdizadə