- 22:15
Türkiyənin Muğla şəhərində meşələrə girişə qadağa qoyulub.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Muğla Meşə Yanğınla Mübarizə Komissiyasının qərarına əsasən, meşə yanğınlarının qarşısının alınması məqsədilə müəyyən ərazilərə giriş qadağan edilib.
Bildirilib ki, qadağanın qüvvədə olacağı müddətdə səlahiyyətli qurum nümayəndələri və fiziki şəxslər istisna olmaqla əhalinin meşə sahəsinə giriş qəti qadağandır.
Vətəndaşlar yalnız qeydiyyata alınmış gəzinti sahələrində yanğınsız piknik edə bilərlər.
Həmçinin bu ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ətrafı zibilləməmək yanğın təhlükəsi ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat vermək barədə xəbərdarlıq edilib.
Qadağa oktyabrın 31-dək qüvvədə olacaq.
Şəbnəm Mehdizadə