"Yolu qəsdən uzadırsan" deyib taksi sürücüsünü döydü


  • 5 İyun 17:30

Türkiyənin İzmir şəhərində sərnişin taksi sürücüsünə hücum edib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İzmirin Karabağlar rayonunda qeydə alınıb.

25 ildir taksi sürücüsü işləyən 60 yaşlı Şenol Ü. Bozyaka məhəlləsində biri qadın olmaqla iki müştərini öz avtomobilinə mindirib.

Bir müddət sonra kişi sərnişin yolu uzatdığını iddia edərək taksi sürücüsü ilə mübahisə edib. Mübahisə davaya çevrilib və sərnişin sürücünü döyməyə başlayıb.

Sürücü avtomobilini saxlayıb və şübhəli şəxs haqqında polisə şikayət edib.

Hadisənin görünütülərə kameraya düşüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər