Yaşlı təqaüdçülərin kartlarından pul oğurlayan şəxsə hökm oxundu


  • 5 İyun 17:48

Sumqayıtda yaşlı insanların pensiya kartından pul oğurlamaqda təqsirləndirilən Rahib Məmmədovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.Məmmədov Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinib. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 2 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

İttihama görə, 1995-ci il təvəllüdlü R.Məmmədov ayrı-ayrı vaxtlarda ondan bankomatdan pul çıxarmaqda köməklik etməsini xahiş edən bir neçə yaşlı şəxsin kartını bankomata daxil edərək hesabda pul olmadığını deyib. Daha sonra həmin şəxslərin pul vəsaitini çıxararaq gizli olaraq talayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər