Tramp: Putin oyun oynamır, onu başa düşürəm


  • 5 İyun 20:48

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukrayna ilə bağlı danışıqlarda oyun oynaması iddiasını rədd edib.

E-huquq.az xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə əlaqəli hərəkətlərinin məntiqini anladığını da bildirib.

Putini nəzərdə tutan və Rusiya rəhbərliyinin Ukrayna ilə bağlı açıqlamalarını şərh edən Tramp deyib: “O vuruldu, o da bunu vurdu. Bunu başa düşürəm. Amma ona ağır zərbə dəydi”.

ABŞ Pezidenti Ukraynanın iyunun 1-də Rusiya hərbi aerodromlarına endirdiyi zərbələrdən də danışıb.

“Mən onun (Putin) oyun oynadığını düşünmürəm”, - Tramp əlavə edib.

Oxşar xəbərlər