Məzmuna keç

Netanyahu: İsrail Qəzzada HƏMAS-a qarşı Fələstin klanlarından istifadə etdi

İsrail Qəzzada HƏMAS-a qarşı olan Fələstin klanlarını silahlandırır.

E-huquq.az xəbər verir ki, belə bir etirafla İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.

“Təhlükəsizlik qüvvələri ilə məsləhətləşərək, biz Qəzzada HƏMAS-a qarşı olan klanlardan istifadə etdik", – o bildirib.

Netanyahunun sözlərinə görə, bu addım, İsrail əsgərlərinin həyatını xilas edir.

"Burada nə var ki? Bu, yalnız işimizin xeyrinədir, çünki əsgərlərimizin həyatını xilas edir", – o söyləyib.