İlon Mask: ABŞ-da yeni siyasi partiyaya ehtiyac var


  • 08:59

Amerikalı sahibkar İlon Mask ölkədə yeni siyasi partiyanın yaradılmasının zəruri olduğunu bildirib.

E-huquq.az xəbər verir ki, Mask bu barədə “X” hesabında yazıb.

Sahibkar iddiasını keçirdiyi sorğuyla əsaslandırıb.

Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 80,4%-i yeni partiyanın yaradılmasını dəstəkləyib.

Bir sutka ərzində sorğuda 5,6 milyondan çox istifadəçi iştirak edib.

“İnsanlar fikirlərini bildirdilər. Amerikada yeni bir siyasi partiyaya ehtiyac var.” – deyə Mask paylaşımında qeyd edib.

Oxşar xəbərlər