Tramp qırmızı "Tesla"sından imtina etməyi planlaşdırır


  • 11:50

ABŞ Prezidenti Donald Tramp bir müddət öncə aldığı qırmızı "Tesla" avtomobilindən imtina etməyi planlaşdırır.

E-huquq.az xəbər verir ki, bu barədə "CNN" Ağ Evdəki yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Kanalın digər mənbəsi bildirib ki, elektriklə işləyən bu nəqliyyat vasitəsi ya satıla, ya da hədiyyə edilə bilər.

"CNN"in əldə etdiyi məlumata görə, Prezidentə məxsus "Tesla" iyunun 6-sı səhər saatlarında hələ də Ağ Evin dayanacağında olub.

Oxşar xəbərlər