- 16:08
Vaşinqton və Pekin arasında ticarət mübahisələrinin həlli ilə bağlı görüş 9 iyun 2025-ci il tarixində Londonda baş tutacaq.
E-huquq.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında yazıb.
"Məmnuniyyətlə bildirirəm ki, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lütnik və ABŞ-ın ticarət nümayəndəsi, səfir Ceymison Qrir 9 iyun 2025-ci il, bazar ertəsi günü Londonda Çin nümayəndə heyəti ilə ticarət razılaşması məsələsini müzakirə edəcəklər", – Tramp qeyd edib.
Prezident əlavə edib ki, bu görüşün çox uğurlu keçəcəyinə inanır.