Məzmuna keç

Zelenski: Rusiya yeni döyüş əməliyyatlarına hazırlaşır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edən nümayəndə heyətinin hesabatlarını dinlədikdən sonra Rusiyanın yeni hərbi əməliyyatlara hazırlaşdığını bildirib.

E-huquq.az xəbər verir ki, bu barədə dövlət başçısı "Telegram" hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti ABŞ-da bütün səviyyələrdə faydalı görüşlər keçirib.

O əlavə edib ki, Rusiya Silahlı Qüvvələri yeni döyüş əməliyyatlarına hazırlaşır.