- 11:01
İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığından sonra bildirib ki, Tehran İslamabad və Yeni Dehli arasında danışıqlarda vasitəçi kimi çıxış etməyə hazırdır.
E-huquq.az xəbər verir ki, Pezeşkiyanın saytında dərc olunmuş press-relizdə deyilir: "İslam Respublikası Pakistan və Hindistan arasında davamlı sülhün bərqərar edilməsinə yönəlmiş istənilən hərəkəti alqışlayır və bu məqsədə çatmaqda vasitəçi rolunu oynaya bilər".
Pezeşkian Ş.Şərifin Pakistana səfər dəvətini də qəbul edib və iki ölkə arasında əlaqələrin genişlənəcəyinə ümid etdiyini bildirib.
"Biz Hindistanla sülh və atəşkəs danışıqlarına sadiqik və müxtəlif sahələrdə qırmızı xətlərimizi vurğulayaraq, danışıqlar yolu ilə davamlı sülhə nail olmaq üçün Hindistan hökuməti ilə işləməyə hazırıq və bu məsələdə İranın vasitəçiliyini alqışlayırıq. Pakistan hökuməti hesab edir ki, münaqişələrin həlli müharibə deyil, dialoqdur", - baş nazir öz növbəsində vurğulayıb.
Yeni Dehli ilə İslamabad arasında münasibətlər aprelin 22-də bir qrup insanın mübahisəli Cammu və Kəşmir əyalətində turistləri güllələyən terror aktından sonra daha da pisləşib.