- 11:01
ABŞ Böyük Britaniyaya Çinin Londonda yeni səfirliyinin açılması ilə bağlı xəbərdarlıq edib.
E-huquq.az xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb.
Yüksək rütbəli ABŞ rəsmisi nəşrə bildirib ki, ABŞ Çinin potensial olaraq ən yaxın müttəfiqlərindən birinin məxfi məlumatlarına çıxış əldə etməsindən dərin narahatdır.
“The Times” qəzetinin yazdığına görə, gələcək Çin səfirliyinin binası Londonun iri maliyyə mərkəzləri arasında yer alır.
İyunun 6-da ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Çin prezidenti Si Cinpinlə telefon danışığı apardığını bildirib və qeyd edib ki, yalnız ticarət məsələləri müzakirə olunub.
Amerika lideri iyunun 9-da Londonda Çin rəsmiləri ilə ticarət sazişi üzrə danışıqların aparılacağını açıqlayıb.