- 12:29
Türkiyəli səyahət bloggeri Tolqa Öztürk pasportunda Rusiya möhürü olduğuna görə Ukraynaya buraxılmayıb.
E-huquq.az xəbər verir ki, bu barədə bloger "YouTube" kanalında yazıb.
39 ölkəyə səfər etmiş bloqqer Rusiyanın xeyrinə casusluqda şübhəli bilinir. O, Mogilyov-Podolski stansiyasında qatarda saxlanılıb və dindirilmək üçün aparılıb.
"Mənim hər tərəfdən fotomu çəkdilər. Telefonumu müsadirə etdilər, "WhatsApp" mesajlarımı oxudular, qalereyadakı bütün şəkillərə, o cümlədən Rusiyada çəkilmiş şəkillərə baxdılar" - deyə, bloger qeyd edib.