Kolumbiyada prezidentliyə namizəd güllələndi


  • 16:35

Kolumbiyanın paytaxtı Boqotada 2026-cı ildə keçiriləcək seçkilərdə Demokratik Mərkəz partiyasından prezidentliyə namizəd olan senator Migel Uribe Turbay güllələnib.

E-huquq.az xəbər verir ki, senator tədbirdə çıxış edərkən iki silahlı şəxs onu arxadan güllələ atəşinə tutub. Altı güllədən ikisi siyasətçinin başına dəyib.

Silahlı şəxslər saxlanılıb. O, 15 yaşlı yeniyetmədir.

Namizəd ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Reanimasiyada olan U.Turbayın durumu son dərəcə ağırdır.

Müdafiə naziri Pedro Sançez sosial mediadakı X səhifəsində Uribeyə hücumu “ölkəyə və onun demokratiyasına hücum” adlandırıb.

Oxşar xəbərlər