- 13:13
Fələstinin HƏMAS hərəkatı radikal Mücahid Briqadalarının (Kətaib əl-Mücahid) komandiri Əsəd Əbu Şəriənin İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində öldürüldüyünü təsdiqləyib.
E-huquq.az xəbər verir ki, bəyanat radikalların Teleqram kanalında dərc olunub.
“Mücahid Briqadaları təşkilatının baş katibi Əsəd Əbu Şəriyə və onun qardaşı Əhməd Əbu Şəriyə İsrailin Qəzza şəhərinə endirdiyi zərbə nəticəsində öldürülüb”, - deyə məlumatda bildirilir.
HƏMAS qeyd edib ki, İsrail Fələstin silahlı qruplaşmalarında xidmət etdiyi 25 il ərzində Əsəd Əbu Şəriyəni dəfələrlə məhv etməyə cəhd edib.
Şənbə günü İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində radikal qruplaşmanın başçısının öldürüldüyünü açıqlayıb .