Tramp İlon Maskla münasibətlərə son qoyduğunu açıqladı


  • 8 İyun 12:29

ABŞ Prezidenti Donald Tramp son günlər münaqişədə olduğu amerikalı milyarder iş adamı İlon Maskın “prezidentlik ofisinə hörmətsizlik etdiyini” və onunla münasibətlərinin bitdiyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, "NBC News"a müsahibə verən Tramp dünya ictimaiyyətinin maraqla izlədiyi Mask ilə aralarında yaranan fikir ayrılığına aydınlıq gətirib.

“SpaceX”in sahibi Mask ilə münasibətinin bitdiyini düşünüb-düşünməsi sualına Tramp “Mən elə bilirəm, bəli” cavabını verib.

Tramp həmçinin bildirib ki, o, Mask ilə münasibətlərini ictimai qalmaqaldan sonra düzəltmək niyyətində deyil.

Tramp Maskın şərhlərinə də reaksiya verib. "Məncə, çox pis bir şeydir, çünki o, çox hörmətsiz idi. Prezidentlik ofisinə hörmətsizlik edə bilməzsiniz" - deyə, Tramp qeyd edib.

Oxşar xəbərlər