- 16:35
Türkiyənin Aydın vilayətinin jandarm qüvvələri xarici turistlərin bank kartlarından pul oğurlayan cinayətkar qrupun 20 üzvünü həbs edib.
E-huquq.az xəbər verir ki, turistlərdən ümumilikdə 1 milyard 150 milyon türk lirəsi (29,2 milyon ABŞ dolları) oğurlanıb, dələduzların əməllərindən isə azı 268 nəfər zərər çəkib.
Məlumata görə, Egey dənizi sahilindəki məşhur Kuşadası kurortunda yerləşən hotelin sahibinin rəhbərlik etdiyi cinayətkar qrupun üzvlərinin həbs əməliyyatı ölkənin müxtəlif bölgələrində, o cümlədən Antalya, İzmir və İstanbulda keçirilib. Bu barədə məlumat verən Türkiyənin daxili işlər naziri Ali Erlikaya hadisənin təfərrüatını açıqlamayıb.
Bildirilir ki, hüquq-mühafizə orqanları Kuşadasındakı iki hoteldə POS-terminallardan şübhəli istifadə barədə məlumat aldıqdan sonra dörd ay ərzində dələduzları izləyiblər. Müəyyən edilib ki, cinayətkar qrupun başçısı turistlərin bank kartlarının məlumatlarını digər hotellərə və avtomobil kirayəsi şirkətlərinə ötürüb. İstintaqın məlumatlarından məlum olur ki, xarici vətəndaşlar pulların dəfələrlə çəkilməsi barədə yalnız öz ölkələrinə qayıtdıqdan sonra xəbər tutublar. Zərərçəkmiş turistlərin milliyyəti açıqlanmır.