Məzmuna keç

Trampın tətbiq etdiyi tariflərə görə Almaniya 90 min iş yerini itirə bilər

ABŞ-nin gömrük rüsumları ilə bağlı ticarət siyasəti bir il ərzində Almaniyada 90 min iş yerinin itirilməsi ilə nəticələnə bilər.

E-huquq.az xəbər verir ki, bunu Almaniyanın Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nales bildirib.

"Problem vəziyyətin proqnozlaşdırıla bilməməsi ilə bağlıdır. Bu, bizə böyük ziyan vurur: bu, şirkətləri investisiya qoymaqdan, işçi götürməkdən və kadr hazırlamaqdan çəkindirir", – o deyib.

Almaniyanın Federal Məşğulluq Agentliyinin rəhbəri vurğulayıb ki, "ABŞ-nin qeyri-sabit ticarət siyasəti Almaniyanın əmək bazarı üçün yükdür".