- 20:02
Meksika ABŞ-nin Los-Anceles şəhərində miqrantların kütləvi saxlanmasından dərin narahatdır.
E-huquq.az xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
"Meksika Xarici İşlər Nazirliyi İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən ABŞ-nin müxtəlif şəhərlərində həyata keçirilən son əməliyyatlardan dərin narahatlığını ifadə edir ", - bəyanatda deyilir.
Meksika hökuməti ümid edir ki, ABŞ hakimiyyət orqanları miqrasiya prosedurlarını ciddi şəkildə qanun çərçivəsində və miqrantlara lazımi hörmətlə aparacaq.
"The Washington Post" yazır ki , Tramp administrasiyası ABŞ-də olan 200 mindən çox ukraynalı da daxil olmaqla yüz minlərlə miqrantı deportasiya etmək planı hazırlayıb. Sudan , Əfqanıstan , Yəmən , Liviya və digər ölkələrin vətəndaşları da deportasiya edilə bilər.
Bu arada ABŞ administrasiyası Los-Ancelesdə qanunsuz miqrantlarla bağlı aksiyanı yatırmaq üçün Milli Qvardiyanın 2 min əsgərini ora göndərib.
ABŞ Ali Məhkəməsi daha sonra Donald Tramp administrasiyasına Co Baydenin dövründə başladılan proqramlar çərçivəsində ölkəyə daxil olan miqrantları deportasiya etməyə icazə verib.