İran XİN: ABŞ-nin təzyiqləri İran xalqının iradəsini sındıra bilməz


  • 8 İyun 20:02

İran ABŞ tərəfindən tətbiq edilən yeni sanksiyalara sərt reaksiya verib.

E-huquq.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Maliyyə Nazirliyinin son qərarını kəskin şəkildə pisləyərək, bu tədbirləri qeyri-qanuni, birtərəfli və beynəlxalq hüquqa zidd adlandırıb.

ABŞ-nin yeni sanksiyaları İran və qeyri-İran mənşəli bir sıra şəxsləri və şirkətləri hədəfə alır. Vaşinqton bu addımı onların İranla ticarət və bankçılıq sahəsində əməkdaşlıq etməsi ilə əsaslandırıb.

İsmail Bəqayi bəyan edib ki, bu cür məhdudlaşdırıcı tədbirlər ABŞ-nin illərdir davam etdirdiyi, lakin nəticə verməyən “maksimum təzyiq” siyasətinin davamıdır:

“Bu sanksiyalar sadəcə İran xalqına qarşı təzyiqi artırmağa və onların əsas insan hüquqlarını məhdudlaşdırmağa xidmət edir.”

XİN rəsmisi vurğulayıb ki, ABŞ-nin bu siyasəti əks nəticə verəcək və İran xalqının öz haqlarını və milli maraqlarını müdafiə etmək əzmini daha da gücləndirəcək:

“ABŞ rejimi bilməlidir ki, bu təzyiqlərlə İran xalqının iradəsini sındırmaq mümkün deyil.”

Qeyd edək ki, ABŞ administrasiyası son illərdə İranın iqtisadiyyatına, enerji sektoruna və beynəlxalq maliyyə əlaqələrinə qarşı dəfələrlə sanksiyalar tətbiq edib. Tehran isə bu addımları beynəlxalq hüququn pozulması və insan haqlarına zidd hesab edir.

Oxşar xəbərlər