- 08:53
Rusiyanın maraqlarının pozulması ilə bağlı inzibati xəta törətmiş əcnəbilərin ölkəyə girişi qadağan edilə bilər.
E-huquq.az xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Ayrat Farraxov deyib.
Millət vəkilinin sözlərinə görə, aşkarlanan pozuntu faktı bütün reyestrlərdə qeyd olunur.
A.Fərraxov vurğulayıb ki, əgər əcnəbi nə vaxtsa Rusiyaya turizm məqsədi ilə, forumun dəvəti ilə və ya başqa səbəblərə görə səfər etmək istəsə, "onun cinayəti və məhkəmə qərarı bu şəxsin ölkəyə səfər etmək hüququndan istifadə etməsini məhdudlaşdıran amil rolunu oynayacaq".