Məzmuna keç

Ermənistanda atışma baş verib, yaralılar var

Ermənistanın Kotaysk vilayətində kütləvi dava və atışma baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

Məlumata görə, hoteldə baş verən dava zamanı 1 nəfər odlu silahdan açılan atəşlə xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Baş verən davada daha iki nəfər müxtəlif xəsarətlər alıb.

Araşdırma aparılır.