- 22:38
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı yayılan iddialara Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) tərəfindən aydınlıq gətirildi.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərkəz Ərdoğanın səhhətinin pis olması ilə bağlı iddiaları təkzib edib.
DMM-dən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
"Bir "YouTube" kanalında Prezidentimizin səhhətinin vəziyyəti ilə bağlı əsassız iddialar səsləndirilib. Sözügedən videoda istifadə edilən ifadələr təkcə əsassız iddialar deyil, həm də prezidentliyi hədəf alır və təhqirlər ehtiva edir".