Məzmuna keç

İranda poladəritmə zavodunda partlayış oldu, 1 nəfər öldü, 7 nəfər yaralandı

İranda poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsində 1 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

“Nətənz şəhəri ətrafında İmamzadə rayonunda yerləşən Xalidabad poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb”, – məlumatda deyilir.

Ölənlərin və yaralananların Əfqanıstan vətəndaşları olduğu qeyd edilir. Onların hamısı yaxınlıqdakı tibb məntəqələrinə göndərilib.