- 00:05
Hazırda ən intensiv döyüş əməliyyatları Pokrovsk istiqamətində və Sumı vilayətinin sərhədyanı ərazilərində davam edir.
E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
"Ən sərt, intensiv döyüş əməliyyatları Pokrovsk istiqamətində, Kursk əməliyyatı rayonlarında, həmçinin Sumı vilayətinin sərhədyanı ərazilərində davam edir", - dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, Rusiya eyni taktika ilə hərəkət edir: onlar itkiləri nəzərə almır və irəliləməyə çalışır. Ukrayna Prezidenti Rusiya hərbçilərinin ukraynalıların mövqelərinə hücum etdiyini və "heç olmasa bir metr, heç olmasa nəsə” əldə etməyə çalışdıqlarını söyləyib.
"Lakin onların potensialı da sonsuz deyil. Buna görə də itkilərin müəyyən səviyyəyə çatması, bizim fəallığımız Rusiyanın irəliləməsini dayandırmalıdır və dayandırır da", - Zelenski vurğulayıb.