Nigeriyada partlayış: 6 nəfər ölüb


  • 10 İyun 10:16

Nigeriyanın şimal-qərbindəki Sokoto əyalətində baş verən partlayış nəticəsində 6 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə əyalət polisinin sözçüsü Əhməd Rufai məlumat yayıb.

Polis rəsmisi qeyd edib ki, Qvabro kəndində əldəqayırma partlayıcı qurğunun səbəb olduğu güman edilən partlayış nəticəsində 6 nəfər ölüb, çoxlu sayda yaralı var.

Rufai hadisə ilə bağlı araşdırmanın davam etdiyini vurğulayıb.

Qeyd edək ki, Nigeriyada son zamanlar İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatları hücumlar həyata keçirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər