ABŞ-də 6 nəfərin olduğu təyyarə dənizə düşüb


  • 10 İyun 10:20

ABŞ-ın Kaliforniya ştatında təyyarə qəzası baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ştatın San Dieqo şəhərində içərisində 6 nəfərin olduğu kiçik təyyarə dünən yerli vaxtla saat 12:45 radələrində Point Loma sahillərində qəzaya uğrayıb.
Təyyarədə pilot, pilotun arvadı, ata və üç oğlu olmaqla 6 nəfər olub.

Pilot havaya qalxdıqdan sonra istiqamətini və hündürlüyünü saxlamaqda çətinlik çəkdiyini və təyyarənin 13 saniyə ərzində 1900 fut aşağı düşdüyünü bildirib.

Təyyarənin havaya qalxdıqdan 6 dəqiqə sonra dənizə düşdüyü bildirilib.

San Dieqo Beynəlxalq Hava Limanından havaya qalxan təyyarənin Arizona ştatının Feniks şəhərinə getdiyi məlum olub.

ABŞ Sahil Mühafizəsinin zabiti Rayan Qreyves axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər