Gənclərin 30 faizi karyera planlamalarında süni intellekt dəstəyindən istifadə edir


  • 10 İyun 10:32

18-34 yaş arası gənclərin 30 faizi karyera planlamalarında süni intellekt dəstəyindən istifadə edir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər bu barədə yeni araşdırma aparıb.

Tədqiqatın nəticələrinə əsasən, süni intellekt bütün sahələrdə olduğu kimi gənclər arasında karyera planlamasında da tez-tez istifadə olunur.

Belə ki, hər 10 gəncdən 3-ü süni intellektlə karyera seçimlərini formalaşdırmağa meyllidir.

Mövzu ilə bağlı fikirləri alınan gənclərin bəziləri süni intellektlə məsləhətləşmənin "vacib" olduğunu düşünər. Bəziləri isə bu məsələdə daha ehtiyatlı davranır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər