Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib


  • 10 İyun 14:32

Türkiyənin Kütahya şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, Kütahyanın Simav rayonunda yerli vaxtla saat 13:15-də 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ təxminən 7,71 kilometr dərinlikdə baş verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər