Türkiyədə məhkəmə hakimi güllələndi


  • 10 İyun 14:50

Türkiyə Respublikasının Ali İnzibati Məhkəməsinin (Danıştay) hakiminə silahlı hücum olub.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, hakim A.H. Qurban bayramı münasibətilə Ankaradan doğulduğu Batman şəhərinə gedib.

Hakim orada başından güllə yarası alıb. O, reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır.

Hücumun kim tərəfindən və hansı səbəbdən həyata keçirildiyi hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər