- 00:05
Türkiyədə havanın temperaturu 40 dərəcəni keçib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dünən ən yüksək temperatur Şırnakın Güçlükonak rayonunda 42,8 dərəcə qeydə alınıb.
Meteorologiya İdarəsinin məlumatına görə, dünən ölkənin bir çox bölgəsində havanın temperaturu mövsüm normalarından yüksək olub.
Mardinin Kızıltepe rayonunda 41,3 dərəcə, Şanlıurfanın Birecik rayonunda isə 41,1 dərəcə isti qeydə alınıb. Dünən ən yüksək temperaturun ölçüldüyü bəzi digər mərkəzlər və onların dəyərləri aşağıdakı kimidir:
Şəbnəm Mehdizadə