- 00:05
Türkiyənin Şanlıurfa şəhərində traktorun aşması nəticəsində 2 nəfər həyatını itirib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Şanlıurfa-Suruç yolunun 25-ci kilometrliyində qeydə alınıb.
Belə ki, traktor sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Hadisə yerinə tibb və polis qrupları sövq edilib.
Yaralılar Balıklıgöl Dövlət Xəstəxanasına aparılıb.
Onların həyatını xilas etmək mümkün olmayıb.
Şəbnəm Mehdizadə