- 07:13
Hindistanın Mumbay şəhərindəki Chhatrapati Shivaji Maharaj beynəlxalq hava limanında Tailanddan olan bir sərnişinin baqajında 95 ekzotik heyvan daşıdığı aşkarlanıb.
E-huquq.az "The Indian Express"ə istinadən bildirir ki, Banqkokdan Mumbaya gələn sərnişin hava limanında saxlanılıb.
Sərnişin sorğu-sual zamanı aqresiv davranış sərgilədiyinə görə onun baqajı yoxlanılıb.
Axtarış nəticəsində baqajda 2 müxtəlif növ tarantula, 30-u ölü, 50-si diri olmaqla 80 iquana, 1 Malay ayısı, 2 qırmızıayaqlı tısbağa, 6 uçan dələ, müxtəlif növ quşlar aşkar edilib.
Sərnişin dərhal saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə