Almaniya vətəndaşlığına qəbul edilənlərin sayı kəskin artıb


  • 10 İyun 15:43

Ötən il 291 955 nəfər Almaniya vətəndaşlığına qəbul edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir kiI, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.

Bildirilib ki, ötən il ölkədə vətəndaşlığa qəbul edilənlərin sayı 2023-cü illə müqayisədə 91 860 nəfər artaraq 291 955 nəfərə çatıb.

Bu, 2000-ci ildən bəri ən yüksək göstərici kimi qiymətləndirilib.

Məlumata görə, ötən il Almaniyada vətəndaşlığa qəbul edilənlər arasında Suriyalılar 83 min 150 nəfərlə birinci, türklər isə 22 min 525 nəfərlə ikinci olub.

2023-cü ildə cəmi 1995 Rusiya vətəndaşı vətəndaşlığa qəbul edildiyi halda, ötən il bu rəqəmin 12980-ə çatması diqqət çəkir.

Bu müddət ərzində Türkiyə vətəndaşlarının vətəndaşlığa qəbulu iki dəfədən çox artıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər