Borca görə qardaşı oğlunu öldürdü


  • 10 İyun 16:41

Türkiyənin Şanlıurfa şəhərində silahlı isnident baş verib.

E-huquq.az xəbər verir ki, Şanlıurfanın Akçakale rayonunda yaşayan Məsut Kurt ona borcu olan qardaşı oğlu İbrahim Halil Kurtu toyda görüb.

Tərəflər arasında borc üstündə mübahisə başlayıb.

Bu zaman əmi 26 yaşlı qardaşı oğluna atəş açıb.

Yaralı şəxs Akçakale Dövlət xəstəxanasına aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər