Buzlaqların əriməsi imperator pinqvinlərinin sayının azalmasına səbəb olub


  • 10 İyun 17:51

Son bir neçə ildə buzlaqların əriməsi imperator pinqvinlərinin sayının azalmasına səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin fikrincə əgər belə davam edərsə, pinqvinlərin 2100-cü ilə qədər yox olmaq təhlükəsi var.

İngilis Antarktika Araşdırmaları İnstitutunun (BAS) internet saytında paylaşılan araşdırmada tədqiqatçılar 2009-2024-cü illər arasında əldə edilən peyk görüntülərindən bölgədə yaşayan imperator pinqvinləri ilə bağlı araşdırma aparıb.

Antarktika yarımadası, Weddell və Bellinqshauzen dənizlərini əhatə edən bölgədə imperator pinqvin populyasiyasının 15 ildə 22 faiz azaldığı müəyyən edilib.

Qeyd olunub ki, imperator pinqvinlərinin sayının azalması buzlarının əriməsi ilə bağlıdır.

"Nature Communications: Earth & Environment" jurnalında dərc edilən araşdırmaya görə, tədqiq edilən koloniyalar Antarktidada yaşayan imperator pinqvinlərin ümumi əhalisinin təxminən 30 faizini təşkil edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər