Türkiyədə 1022 qanunsuz miqrant saxlanılıb


  • 11 İyun 11:37

Son 2 həftədə Türkiyənin 51 vilayətinddə 1022 qeyri-qanuni miqrant tutulub.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, miqrant qaçaqmalçılığına və qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyatlarda 273 miqrant qaçaqmalçısı saxlanılıb.

Miqrant qaçaqmalçılarının 98-i həbs edilib.

"Qanunsuz miqrasiya ilə mübarizəmiz davam edəcək" - deyə nazir bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər