- 11:34
Türkiyənin Çorum şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Çorumun Alaca rayonunda mikroavtobusun aşması nəticəsində 17 nəfər yaralanıb.
Hadisə yerinə jandarma və tibb qrupları cəlb edilib.
Yaralılar təcili yardım maşını ilə Alaca Dövlət Xəstəxanasına aparılıb.
Mikroavtobusda olanların Adanadan Samsuna toydan qayıtdığı məlum olub. .
Şəbnəm Mehdizadə