- 12:44
ABŞ və Çin nümayəndələri Londonda keçirilən danışıqlarda ikitərəfli ticarətə qoyulan məhdudiyyətlərin qismən götürülməsi və nadir torpaq metallarının Çindən tədarükünün təmin edilməsinə dair sazişlərin həyata keçirilməsi planı barədə razılığa gəliblər.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Lutnik məlumat verib.
Nazir bildirib ki, tərəflərin razılaşdırdığı plan ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpinin təsdiqinə təqdim olunacaq.
“Biz şübhəsiz ki, nadir torpaq metalları və maqnitlərin ABŞ-a tədarükü ilə bağlı məsələnin müqavilələr çərçivəsində həyata keçirilməsi yolu ilə həll ediləcəyini gözləyirik”, - Lutnik vurğulayıb.
Humay Eminqızı