Polislərin yaşadığı binada yanğın olub, 13 nəfər tüstüdən zəhərlənib


  • 11 İyun 12:00

Türkiyənin Siirt şəhərində polis əməkdaşlarının yaşadığı binada yanğın hadisəsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Siirtin Kurtalan rayonunda yerləşən 3 mərtəbəli polis yaşayış kompleksinin zirzəmisində naməlum səbəbdən yanğın baş verib.

Ünvana təcili yardım, xilasedicilər və polis qrupları cəlb edilib.

Sakinlər binadan təxliyə edilib.

Yanğın mənzillərə keçməzdən əvvəl qruplar tərəfindən söndürülüb.

Tüstüdən zərər çəkən 13 nəfər təcili yardımla Kurtalan Dövlət Xəstəxanasına çatdırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər